Qarabağ əlilləri nazirlikdən ŞİKAYƏTÇİDİR – “BİZİ ALDADIB, PULUMUZU MƏNİMSƏYİRLƏR”

Ucar rayon sakini olan Qarabağ müharibəsi əlilləri tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onları aldadıb, dövlətin ayırdığı pulu mənimsəyir: 
“Ucar rayonunun Bərgüşad kənd sakini, 1971-ci ildə anadan olmuş  Şahin Nurməmməd oğlu Nurməmmədov, Lək kənd sakini, 1973-ci il təvəllüdlü Rafiq Bahadur oğlu Tağıyev və Təzə Şilyan kənd sakini 1973-ci il təvəllüdlü Ruslan Beykəs oğlu Cəfərov hər üçümüz 2-ci qrup Qarabağ müharibəsi əlilləriyik. Bizim hər birimizə dövlətin maddi vəsaiti hesabına 2015- ci ildə fərdi yaşayış evi inşa edilməyə başlanıb və 2017-ci ildə işlər tam qurtarmamış istifadəyə verilib.Açlış edib lenti kəsdilər və həmin evləri istifadəmizə verdilər.Ancaq həmin evlərdə işıq, qaz və su xəttləri çəkilməyib, həyətyanı sahə hasara alınmayıb və giriş darvazası qoyulmayıb. Bundan başqa evin inşası üçün lazım olan bəzi materialları, usta və fəhlələrin pullarını biz əlillər özümüz bor edib ödəmişik.
Ancaq həmin pulları indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə ödəməyib.
Biz Azərbaycan Respublikasının suverenliyi və Qarabağ torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuşuq. Dövlət Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin qayğısına qalır buna görə büdcədən vəsait ayrılır. Ancaq bu vəsaiti talan etmək üçün min- bir saxtakarlığa əl atan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsioner əməkdaşları bizi hökumətdən narazı salmaq istəyirlər. Biz isə bilirik ki, burada dövlətin heç bir günahi yoxdur.Qarabağ müharibəsi əlillərinə evlərin tikilməsi üçün dövlət pul ayırır bundan tam razıyıq, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşları bu pulun böyük hissəsini talan etdikləri üçün evlərimiz yarımçıq istifadəyə verilmişdir.Bu dövlətə qarşı cinayət və Qarabağ müharibəsi əlilinə qarşı təhqqirdir. Mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Soisal Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirik.Sizdən xahiş edirik dövlətin ayırdığı vəsaiti talan edib biz Qarabağ müharibəsi əlillərinə evləri yarımçıq tikib istifadəyə vermiş cavabdeh məsul vəzifəli şəxslər barəsində ciddi tədbirlər görəsiniz”.
Qeyd edək ki, məktuba aşağı adları sadalanan şəxslər imza atıblar:
Ucar rayonu  Bərgüşad kənd sakini   2-ci qrup Qarabağ müharibəsi əlili Şahin Nurməmməd oğlu Nurməmmədov
Ucar rayon Lək kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Rafiq Bahadur oğlu Tağıyev
Ucar rayonu Təzə Şilyan kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Ruslan Beykəs oğlu Cəfərov
 


Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.