Qarabağ əlilinin ölkədən çıxışına qadağa qoyulub – İRANA MÜALİCƏYƏ GETMƏLİDİR, AMMA…

Baxış sayı:
12805

Qobustan rayon Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən vətəndaş yazır:
“Hörmətli, Mehriban xanım!
Xatırladım ki, mən də bir azərbaycanlı kimi bankdan (Bank of Baku) kredit götürüb, problemimi həll etmişəm. Bankdan götürdüyüm 3500 dollar pulun bir hissəsini qaytarmışam. Qalıq 2660 dollar idi. Xəstəliyimlə bağlı (onurğa disk yırtığı) əvvəlki kimi fziki iş görüb pul qazana bilmirəm. Bank məni məhkəməyə verdi. Mən də söz verdim ki, hər ay banka hissə hissə 50-100 manat ödəyəcəyəm. Buna baxmayaraq, Qobustan rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, iş N- 125694/ 2018-32-4 saylı Qəaraına əsasən, məndən və mənə zamin durmuş Qax rayon sakini Hacıyev Coşqun Mənsur oğlundan müştərək qaydada cəmi faizlə birlikdə 3957 dollar borcun (?) Bankın xeyrinə tutulması bildirilmişdir.
Mən yenə etiraz edirəm ki, əgər mən əsas borcluyamsa, mənim əmlakıma həbs qoyulması kifayət etmirmi ki, hələ mənim götürüdüyüm pula görə zamin duran şəxsdən də borcun ödənilməsi tələb olunur. Hazırda mən borcu hissə hissə ödəməklə məşğulam. Budur, borcun ödənilməsi son ayda zamin Coşqun Hacıyevin təqaüd kartına yönəldilmişdir və 50 faizi tutulur.
Bir daha xatırladım ki, Coşqun Hacıyev keçmiş hərbçidir, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir və onkoloji xəstədir. Hazırda  müalicə olunmaq üçün İrana getməyə hazırlaşır. Belə vəziyyətdə onun ölkədən çıxışına qadağan qoyulmuşdur.
Coşqunun 11 sentyabr tarixli müraciəti əsasında Qax Rayon Məhkəməsi 20 sentyabr 2018-ci il tarixli Qərdadaıilə Coşqun Hacıyevin üzərindən  qadağan götürülmüşdür. Lakin Qax rayon İcra Şöbəsinin Ələkbər adlı icra məmuruna 7 faizlik icra haqqı 470 manat pul nağd formada tələb üzrə ödənilsə də, hələ də bugünədək məhkəmə qərardadı müəmmalı səbəbdən icra edilməmişdir ki, qazi C.Hacıyev müalicə almaq üçün İrana gedə bilsin.
Hesab edirəm ki, C.Hacıyevin özünün və ailəsinin hər gün yerli icra məmurları tərəfindən narahat edilməsi, çörəyinin 50 faizinin əsassız olaraq bank tərəfindən tutulması, Qax rayon Məhkəməsinin qərdadının icra edilməməsi nə insanlığa, nə müsəlmançılığa, nə də hüquqa yaraşmır. Borcu mən götürmüşəm və mən də cavabdehəm. Əl çəkin günahsız vətəndaşdan.
Hörmətli Mehriban xanım!
Sizdən çox xahiş edirəm ki, mənə zamin durmuş Qax rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili olmuş  Hacıyev Coşqundan mənim əvəzimə müştərək qaydada pul tutulmasının icrasının müvəqqəti dayandırılmasına və Qax rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli “C.Hacıyev üzərindən qadağanın götürülməsi” qərdadının dərhal icra edilməsinə göstəriş verəsiniz. Mən də “Bank of Baku” qarşısında götürdüyüm öhdəliyə əsasən, bankın pulunu hazırda ödəyirəm və  hissə-hissə ödəyəyib qurtaracağam”.
 
Muxalifet.az