Qarabağ Komitəsi siyasi və vicdan məhbusları ilə bağlı MÜRACİƏT YAYDI

Baxış sayı:
6094

Qarabağ Komitəsi siyasi və vicdan məhbusları, həbsdə olan Qarabağ qaziləri ilə bağlı Azərbaycan prezidentinə və Milli Məclisə müraciət ünvanlayıb. Muxalifet.az-ın redaksiyasına daxil olan müraciətdə qeyd edilir:
“Qarabağ Komitəsi 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Azərbaycanda siyasi məhbusların olub-olmaması barədə diskussiyalara girməyərək adları Avropa Şurasının müvafiq sənədlərində, milli və nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatlarının müvafiq sənədlərində siyasi və ya vicdan məhbusu kimi keçən şəxslərin amnistiya və ya əfv tədbiqi qaydasında azad olunması məsələsinin həll edilməsini xahiş edir. Qarabağ Komitəsi diqqəti ona cəlb edir ki, azad edilməsi istənilən şəxslər arasında xeyli sayda Vətən uğrunda vuruşmuş Qarabağ müharibəsi döyüşçüləri də vardır. Qarabağ Komitəsi hesab edir ki, belə bir humanist akt Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və digər ərazilərimizin düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, yüz minlərlə qaçqın və köçkün düşmüş vətəndaşlarımızın yurdlarına qayıtmasının təmin edilməsi üçün zəruri olan milli birliyimizin möhkəmlənməsinə xidmət edərdi”.
Muxalifet.az