"Qarabağ" Gəncədə sevindi: Şeydayevdən ilk

Baxış sayı:
1597

Aprelin 14-də “Kəpəz”-“Qarabağ” oyunu ilə futbol üzrə Topaz Premyer Liqasının XXIII turuna start verilib.
Muxalifet.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçiləri minimal hesabla qalib gəliblər.
Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunda hesab birinci hissədə açılıb. Matçın 23-cü dəqiqəsində Ramil Şeydayev topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə oyunda başqa qol qeydə alınmayıb və matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 56-ya çatdıraraq birinci sıradakı mövqeyini möhkəmləndirib. “Kəpəz” isə 12 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.
Turun digər görüşləri aprelin 15-də keçiriləcək.