​"Qarabağ" futbol klubunun BAŞ MƏŞQÇİSİ QOVULDU

Baxış sayı:
8191

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana” futbol klubunun baş məşqçisi Volkan Kahraman istefaya göndərilib.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat verilib.
Məlumata görə, qərar qarşılıqlı razılaşma əsasında əldə edilib.
 
"Qarabağ Vyana”nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: "Volkan hər zaman "Qarabağ” ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq”.
Qeyd edək ki, "Qarabağ Vyana" Avstriyanın III Liqasında çıxış edir. Komanda hazırda 27 xalla 8-ci pillədə qərarlaşıb.