​"QARABAĞ" ƏFRANLA YOLLARI AYIRIR

Baxış sayı:
6067

"Qarabağ" futbolçusu Əfran İsmayılovla yollarını ayırır.
Qol.az-ın əldə etdiyi məlumata görə, müqaviləsi bu mövsümün sonu başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun bugünkü məşqinə qatılmayıb.
Qeyd edək ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsamyılov 2015-ci ildən Ağdam klubunda çıxış edirdi.
Xaırladaq ki, "Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yolları ayırıb.