“Qarabağ” dünyanın 100 ən yaxşı klubu arasında - Siyahı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) öz rəsmi saytında 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını dərc edib.

Report xəbər verir ki, dünyanın 100 ən yaxşı klubu siyahısına Azərbaycanın "Qarabağ" klubunun da adı düşüb.

Ağdam klubu 138 xalla siyahının 78-ci pilləsində qərarlaşıb.

Keçmiş SSRİ ölkələrindən ilk yüzlüyə Rusiyanın üç klubu - "Krasnodar" (42), "Dinamo" (Moskva) (49) və "Zenit" (51), Ukrayanın "Dinamo" (Kiyev), "Şaxtyor" və "Dnepr" kollektivləri və Belarusun "Dinamo" (Minsk) klubu düşə bilib.

Keçmiş SSRİ üzrə reytinq cədvəli:

42. "Krasnodar" (Rusiya) - 161

49. "Dinamo" M (Rusiya) - 159

51. "Zenit" (Rusiya) - 157

52. "Dinamo" K (Ukrayna) - 156,5

78. "Qarabağ" (Azərbaycan) - 138

79. "Şaxtyor" (Ukrayna) - 137,5

89. "Dinamo" Mn (Belarus) - 132

89. "Dnepr" (Ukrayna) - 132

Siyahıya 381 xalla Madridin "Real" klubu başçılıq edir.

IFFHS reytinqi üzrə Top-20:

1. "Real" (İspaniya) – 381 xal

2. "Bavariya" (Almaniya) – 376

3. "Atletiko" Madrid (İspaniya) – 267

4. "Barselona" (İspaniya) – 251

5. "Atletiko" Nasyonal (Kolumbiya) – 249,5

6. "Yuventus" (İtaliya) – 245

7. "Arsenal" (İngiltərə) –233

7. "Napoli" (İtaliya) – 233

9. "River Pleyt" (Argentina) – 228

9. "Zalsburq" (Avstriya) – 228

11. "Çelsi" (İngiltərə) – 228

12. "Benfika" (Portuqaliya) – 227

13. "PSJ" (Fransa) – 223,5

14. "Kruzeyro" (Braziliya) – 219

15. "Portu" (Portuqaliya) – 217,5

16. "Atletiko Mineyro" (Braziliya) – 208

17. "Styaua" (Rumıniya) – 205

18. "San Lorenso" (Argentina) – 204

19. "Sparta" (Çexiya) – 202,5

20. "Sevilya" (İspaniya) – 202