Qarabağ döyüşçüsündən prezidentə AÇIQ MƏKTUB – “YAŞAM ÖZGÜRLÜYÜMÜZ ƏLİMİZDƏN ALINIR”

İmişli şəhəri Üzeyir Hacıbəyov küçəsi 6 saylı evdə müvəqqəti məskunlaşan  Şuşa  rayon  köçkünü, könüllü  döyüşçü Bağırov Arzu Cəlil oğlu Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıb. Muxalifet.az xəbər verir ki, surəti səhiyyə naziri O.Şirəliyevə, Azərbaycanın Rusiyadakı səfiriP.Bülbüloğluna və Şuşa rayon İcra Hakimiyyətinin başçısı B.Səfərova göndərilən açıq şikayət məktubundan bildirilir:
“Hörmətli cənab prezident!
Bağırovlar ailəsinin sizə uzanan əlləri, ucalan fəryadlarını sizə çatmağa qoymayanlara necə insan deyə bilək ki, artıq yaşam özgürlüyümüz əlimizdən alınmaqdadır. 23 avqust 2016-cI il saat 10-da anam Bağırova Şəkər məskunlaşdığı İmişli şəhəri “Nuray” şadlıq sarayının bir otaqlı, şəraitsiz, pəncərəsiz otaqda Mərkəzi Klınıkı Xəstəxanasının həkimlərinin səriştəsizliyi, pulgirliyi ucbatından, yoxsulluq içərisində dünyasını dəyişdi. Şuşa kimi kimi dilbər guşənin bəxtəvər sakini olan havası, suyu dərman bir məmləkətin sakini anam köçkünlükdə ağır əzablarla, qardaşım Ayazın ailəsi və Afrikanın aclıq çəkən uşaqlarının vəziyyətinə düşən iki yaşlı oğlan nəvəsinin ağır durumundan vicdan əzabı çəkirdi. Digər qardaşım Arazın isə iki az yaşlı qızları və hamilə həyat yoldaşı ilə birlikdə həmin şadlıq sarayının tamamilə yaşayış üçün yararsız bir otaqda bir gün çörək tapıb, bir gün tapmamasına anam Şəkər necə dözməli idi axı!?
Eyni zamanda mən özüm onurğa sütununun yırtığından yataq xəstəsiyəm. Anam məni bu vəziyyətdə görəndə kövrələrək ağlayırdı.
Anam Şəkərin cəmi altı nəfərlə “Nuray” şadlıq sarayının iki çayçısı və Məhbub, Mirzalı Zülfüqarlı qardaşları və qardaşlarım Ayaz, Araz Bağırovlar dəfn etdilər.İmişli məscidindən molla tapılmadı. Zülfüqarlı qardaşlarının ailə dostlarının, məşhur Seyyid, hacı Sədyarın nəvəsi, hacı Rəmzinin dua və oxuduğu Qurani-Kərimlə dəfn edildi.Mən xəstəliyimlə bağlı dəfndə iştirak edə bilmədim. Anam üçü günü Hacı Tofiq İsayevin qaynatasının ildönümündə ən azı 200 inomarka eləcədə həmin gün 40 mərasimi olan sahibkarın məclisinə yenə də 100-ə qədər avtomaşınla gəlmişdi. Anamın, qərib Şəkər Bağırovanın məclisində isə cəmi 6 nəfər, günortadan sonra YAP İmişli RT-nın sədri Ağayev Səfa iştirak edirdi. Həmin gün binaya gələn  orada yerləşən idarədə işi olan 7 saylı Avtoyol İdarəsinin baş mühasibi Zülfüqar Xəlilov Məhbub bəyi koridorda qınadı:  Abırlı sahibkarları qəzetdə yazıb biabır etməyi sənə kim sifariş verib. Cavab sərt oldu: Kimdi o,abırlı dediklərin ki, varlıların mərasimində boyaboy növbəyə durublar, amma burada bir qərib ana dünyasını dəyişib, mərasimə gələn mənə kim sifariş verə bilər?
Dəfndən sonra jurnalist Məhbub Zülfüqarlı iş adamı Spirt zavod, “Kral” şadlıq saray, “Kral” çay evi, bir çox obyektləri olan Saleh Səmədova ərklə zəng etdi: Bir qərib Şuşalı ana rəhmətə gedib dəfn etmişik, amma azyaşlı körpələri olan oğlanları Ayaz, Arazın evlərində heç nə yoxdur”. S.Səmədov qayıdıb cavab verdi ki: “Şuşalıların dərdi sənəmi qalıb? Axund Adıgözəl qonağımdır, sabah baxarıq”- dedi.
S.Səmədov rayonun mərkəzində olan su kanalının üsündə də üç mərtəbəli restoran-çay evinin tikintisini başa vurdurmaq üzərədir. Bu qədər, varı sərvəti olan şəxsin həqarəti, məni kövrəltmişdi. Axı Şuşa kimi dünyanın yaraşığı bir fsünkar diyarın sakinləri niyə belə bir məmura möhtac olmlı ikik.
Atam Cəlil Bağırovda da İmişlidə dünyasını dəyişib, o vaxt atamı YAP İmişli RT-nın sədri S.Ağayev dəfn etdirmişdi. Hazırki qaçqınkom Aslan məzuniyyətdə idi. Bizə yalnız notarius Zəfər Zahidov kömək edirdi. Atam Cəlil hazırki Şuşa RİH-nin başçısı Bayram Səfərovla yaxın qohumdur, utandığımızdan Bayram Səfərova ağız açmamışıq.
Məhbub Zülfüqarlı İmişli Dəmiryolu Xəstəxanasının baş həkimi Rafiqdən də kömək istədi, çox ağır cavabına, layiq cavabı da qaytarmalı oldu.
Xəstədən 20 manat almadan müayinə etməyən, İmişlidə, Bakıda villası olan, “Ranc-Rover” avtomaşınının seriyası 90AB999 “bərkgedən” olan Rafiq qəribə kömək etsə idi, bu qədər mal-mülk sahibi ola bilməzdi. Həkimlər sanki, and içiblər xəstənin dərisini soymaq, vəziyyətini ikiqat ağırlaşdırıb, firma dərmanlarla şikəst etmək, yağ içində böyrək kimi yaşasın, azyaşlı oğluları DAM-ın gözü qarşısında “Mersedes”- Class sürsünlər. Məni şikəst edən İmişli Mərkəzi rayon xəstəxanasının baş həkim müavini Fərahim adlı pulgirin əziz-xələf oğlu, xarici maşınını xırd-xəşil əzdi, Allah götürmədi, elə bilirlər ki, xəstənin halını pisləşdirib pul qazananda övladları xoşbəxt olacaq? 27 avqust 2016-cı il Məhbub Zülfüqarlı taksi saxlatdırıb məni İmişli MRX-nın baş həkimi Cəsur Paşayevin qəbuluna apardı, müayinə və tomoqrafiyaya baxandan sonra 29.08.2016-cı il xəstəxanaya girməyi bildirdi. Yenə Məhbub bəy məni dostunun maşını ilə MRX-ya apardı. Cəsur həkim heç başını yuxarı qaldırmadan: ”Apar müavin Fərahimin qəbuluna qoy reqistrasiyaya aparsın”. Fərahim isə Məhbub bəyi təhqir etmək istədi, hətta stolundan qalxıb vurmaqla hədələyəndə, əks-hucum görüb, sözlə yerində oturduldu, məni isə reqistrasiya etsələr də xəstəxanaya qəbul etmədilər “Şərait yoxdur” – dedilər, mən köçkündən qisas alan Fərahimləri Allaha və sizə tapşırdım. Ağrılar isə gecələr məni öldürür, cənab Bayram Səfərov  hörmətli qohumum vaxtı ilə, Bülbülün abidəsini biz təmir etdik. Polad Bülbüloğlu bizi rəhbərliyə tapşırıb təşəkkür etmişdi. Təsadüfə baxın, həmyerlim Üzeyir Hacıbəyov adına küçədə daxmada yaşayıram. Heç kimi günahkar saymıram, bir qrup milyard qazanmalı, zəiflər çörək möhtacı olmalıdır. Ailəmizin, qardaşlarımın Araz, Ayazın ailələrinin yaşaması üçün sizı müraciət edirəm. Dünyanın ən məhşur bulağının suyunu içmişlər üçün yalvarmaq, yardım diləmək ölümə bərabər faciədir. Saleh Səmədovun: “Şuşalıların dərdi sənəmi qalıb?” kinayəsi həqarəti isə öldürməyə bərabərdir. Biz qardaşlar Şuşalılar müharibə istəyirik Rafiq kimi baş həkimciyəzlərin, S.Səmədovların danlağı ilə ölüb-dirilmək yox, şərəfli əsgər olmaq istəyirik utanmışıq deməyə ki, çox hallarda çörəyin həsrətini çəkirik, Saleh kimilərin minnətli yardımındansa ölməyi istəyirik.
Bizləri bu minnətdən qurtarmağınızı istəyir, qarantımız, Qurani-Kərimə and içib hər bir Azərbaycanlımızın prezdenti olacağam vədinizin yerinə yetirilməsini xahiş edirik”.
Muxalifet.az