"Qarabağ" Çempionlar Liqasına necə və nə zaman qatılacaq? - KLUBLAR BƏLLİ OLDU

Baxış sayı:
8191

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak hüququ qazanan 26 komandanın hamısı bəlli olub. Son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfədir qitənin ən ali klub yarışında oynayacaq. 2018/18 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar bunlardır: İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya" Almaniya: "Bavariya"*, "Şalke", "Hoffenheym", "Borussiya" (Dortmund) İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul" İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter" Fransa: "Paris Sen-Jermen"*, "Monako", "Lion" Rusiya: "Lokomotiv"*, ÇSKA Portuqaliya: "Portu" Ukrayna: "Şaxtyor" Belçika: "Klub Brügge" Turkiyə: "Qalatasaray" Çexiya: "Viktoriya" Adlarının qarşısında ulduz qeyd olunan komandalar birinci səbətdə yer alacaqlar. Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək. Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.