"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

Baxış sayı:
6076

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan çempionu bir həftə qazandığı üstünlükdən yararlana bilməyib. 
Kiprin APOEL klubu ilə qarşılaşan təmsilçimiz Bakıda 0-2 hesabı ilə uduzmaqla, turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Hər hissədə bir dəfə fərqlənən qonaqlar, "Qarabağ"ın ümidlərini puça çıxarıb.
Xatırladaq ki, "Qarabağ"  ilk oyunda 2-1 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan çempionu ikinci matçdakı məğlubiyyətlə mübarizəsini Avropa Liqasında davam etdirəcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi

13 avqust
 
"Qarabağ" – APOEL 0:2
Qollar: De Vinsenti, 34-pen. U.Matiç, 68.
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.