​"Qarabağ" - "Çelsi" oyununa neçə bilet satılıb?

Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda baş tutacaq “Qarabağ”- “Çelsi” oyununa 45 mindən çox bilet satılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Satışa çıxarılan 62700 biletin qiyməti 2 manatla 200 manat arasında dəyişir.
Qeyd edək ki, oyun noyabrın 22-də saat 21:00-da start götürəcək.