​“Qarabağ”-“Çelsi” oyunu: ingilislərə bu qədər bilet ayrıldı

"Qarabağ"ın “Çelsi" ilə oyunu üçün ingilis azarkeşlərə 3664 bilet ayrılıb.
Muxalifet.az xəbər verir ki, biletlər 2-10 noyabrda satışda olacaq.
Biletlərin qiyməti 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.