​"Qarabağ" büdrədi, "Kəpəz"dən ilk qələbə

Baxış sayı:
2959

Martın 3-də “Kəpəz”-“Səbail” matçı ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start verilib.
Muxalifet.az xəbər verir ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda “Kəpəz” klubu yeni ildə ilk qələbəsini qazanıb.
Matçın 23-cü dəqiqəsində Dario Junior 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Kəpəzi”i hesabda önə çıxarıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Eugeniyu Kokiusun qolu hesabda tarazlıq yaradıb – 1:1 .
Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 49-cu dəqiqəsində “Kəpəz” ikinci topu qonaqların qapısından keçirib. Tarzin Cahangirov adını tabloya yazdırıb – 2:1.
Beləliklə, görüş “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Kəpəz” 10 xalla səkkizinci, “Səbail” isə 17 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
"Qarabağ" isə səfərdə "Sumqayıt"la bərabərə qalıb (1-1).