"Qarabağ" bizə qarşı əsəbi oynayacaq - Makkarti

Baxış sayı:
7414

İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" oyunu (1:1) haqda danışıb. Qol.az-ın yaydığı xəbərə görə, o, "Qarabağ" xüsusi epizodlar yaratmadan topa sahib olduğunu bildirib: Amma onların 17 (Abdullah Zubir-red) və 3 (Ailton-red) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli - red) və 20 (Riçard Almeyda-red) nömrəli futbolçularını da bəyəndim. Amma "Dundalk" layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu. Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər". M.Makkarti cavab görüşü barədə də fikirlərini bildirib: "Düşünürəm ki, oyunda yaxşı tərəf "Qarabağ" idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə, "Qarabağ" evdə əsəbi oynayacaq".