"Qarabağ" - BATE oyunu öncəsi azarkeş izdihamı - FOTOLAR

Baxış sayı:
6490

"Qarabağ" -BATE komandalarının qarşılaşmasına sayılı dəqiqələr qalıb.

Saat 21:00-da Tofiq Bəhramov stadionunda baş tutacaq oyuna azarkeş marağı yüksək səviyyədədir. Artıq minlərlə azarkeş oyunun keçiriləcəyi stadionun qarşısına axın edir. Qarabağ" azarkeşləri bu qarşılaşmanə həyəcanla gözləyirlər və komandaya dəstək üçün "Qarabağ-Qarabağ" şüarı səsləndirirlər.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Qarabağ" - BATE oyununa 25 minə yaxın bilet satılıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsində komandamızın rəqibi olan (Belarusiya) BATE komandası digərlərinə nisbətdə daha güclü hesab edilir.

Komandamıza uğurlar arzu edirik.

Muxalifet.az musavat.com-a istinadən stadionun önündən fotoları təqdim edir: