“Qarabağ” Bakıda məğlubiyyətdən son anda xilas oldu - YENİLƏNİB

Baxış sayı:
3343

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başa çatıb. Virtualaz.org bildirir ki, görüş 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Oyunun 63-cü dəqiqəsində Buqren Ağdam təmsilçisinin qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Qeye bərabərlik qolunu vurub. Beləliklə, “Qarabağ” qrup mərhələsini 5 xalla üçüncü yerdə başa vurub. A qrupun digər oyununda Kiprin APOEL klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını 1:0 hesabı ilə məğlub edib. Qrupda 15 xal toplayan “Sevilya” və 10 xalı olan APOEL turnirin pley-off mərhələsinə yüksəliblər. “Düdelanj” isə 4 xalla sonuncu - 4 yerdə qərarlaşıb. * * *23:36 Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” - "Düdelanj" oyununda hesab açılıb. Virtualaz.org bildirir ki, matçın 63-cü dəqiqəsində “Düdelanj”ın heyətində Sabir Buqren fərqlənib -0:1. * * *22:56 UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunun birinci hissəsində qapılara qol vurulmayıb. Hazırda oyunun ikinci hissəsi gedir. Hesab açılmayıb. * * *21:58 UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başlayıb. Hələlik hesab açılmayıb-0:0. *** UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ”-“Düdelanj” klubları arasında bu gün keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb. Saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar. “Düdelanj”ın heyətində isə meydana Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendi çıxacaqlar. Xatırladaq ki. görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. *** Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək. Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Xatırladaq ki, E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır. Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bugünkü matç saat 21:55-də start götürəcək. Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohverdir.