"Qarabağ Azərbaycandır və bu dəyişməzdir" - MİXAİL SAAKAŞVİLİ

Baxış sayı:
1511

“Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”.

Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

“Əlbəttə, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülh şəraitində yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, -  o vurğulayıb.