""Qarabağ” azarkeşlərinin hazırladığı plakatı tənqid edən jurnalisti düşmən hesab etmirəm”- Qulu Məhərrəmli

Qulu Məhərrəmli: "Bu, bir fərdin, qələm sahibinin yanlışlığıdır. Nə gözəl ki, ictimai təzyiq, qınaqla da olsa, aradan qaldırıldı"
""Qarabağ” azarkeşlərinin hazırladığı plakatı tənqid edən jurnalisti "düşmən dəyirmanına su tökən” hesab etmirəm”.
Muxalifet.az xəbər verir ki, bu sözləri sherg.az-aTürkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah" qəzetində "Ezik kareoqrafi" başlığı ilə yayımlanan xəbərə münasibət bildirərkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib. 
O bildirib ki, sadəcə o jurnalist həmin yazıda etik çərçivəni gözləməyib: 
"Emosional qeydlər edən o jurnalist bunun nəticəsini nəzərə almayıb. Ona görə, məlum məqalənin ətrafında hay-küy qaldırmağa ehtiyac yoxdur. Bu, bir fərdin, qələm sahibinin yanlışlığıdır. Nə gözəl ki, ictimai təzyiq, qınaqla da olsa bu, aradan qaldırıldı. Düşünürəm ki, məsələnin ətrafında böyük dalğa yaratmaq lazım deyil”.
Məqalənin müəllifi olan türkiyəli jurnalistin "Azərbaycan və Qarabağ xalqından üzr istəyirəm” deyərək üzrxahlıq etməsinə toxunan Q.Məhərrəmli söyləyib ki, bu, üzrxahlıqda heç bir sətiraltı məna yoxdur:
"Sosial şəbəkələrdə "screen" olaraq paylaşılan "twitt"lərdə "Azərbaycan və Qarabağ xalqından üzr istəyirəm” şəklində ifadə var idi. Bu da tənqidlərə səbəb oldu. Lakin buna görə jurnalist üzr istəyib və həmin yazını özü yazmadığını söyləyib”.
Qeyd edək ki, ölkəmizdə geniş rezonans doğuran yazının müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Sabah.com.tr saytının baş redaktoru İsa Tatlıcan yazının tənqidlərdən sonra saytdan silindiyini bildirib.