“Qarabağ” Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib

Baxış sayı:
472

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi üçün heyətini UEFA-ya təqdim edib.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi quruma göndərdiyi siyahıda 25 futbolçuya yer verib.

Bunlardan 23-ü A, 2-si B siyahısına daxil edilib. UEFA-dakı heyətdə 4 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçunun adı göstərilib. Maraqlıdır ki, burada forvard Mahir Emrelinin adı müdafiəçilər sırasına daxil edilib.

Qapıçılar: 1. Asmir Beqoviç, 12. Şahruddin Məhəmmədliyev, 13. Vaqner da Silva, 95. Məmməd Hüseynov*;
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı, 71. Tural Bayramov*;
Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye

* - B siyahısına daxil edilən oyunçulardır