​"Qarabağ" avrokuboklara vəsiqə əldə etdi

Baxış sayı:
3328

Aprelin 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Kəpəz” klubu doğma meydanda “Keşlə”ni qəbul edib.
Muxalifet.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 25-ci dəqiqəsində Vaqif Cavadov “Keşlə”ni hesabda önə çıxarıb – 1:0. Bu qoldan iyirmi dəqiqə sonra “Kəpəz”in braziliyalı hüçümcusu Silva Dario oyunda hesabı bərabərləşdirib – 1:1. Birinci hissə də bu hesabla başa çatıb.
Komandaların cəhdlərinə baxmayaraq qarşılaşmanın sonunadək hesab dəyişməyib və oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu görüşdən sonra “Kəpəz” 12 xalla səkkizinci yerdə qərarlaşıb. “Keşlə” klubu isə 18 xalla yeddinci pillədədir.
Turun digər görüşündə "Qarabağ" öz meydanında "Səbail"lə görüşüb və qarşılaşma meydan sahiblərinin 1-0 qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ilk hissədə Riçard Almeydan penaltidən vurub. Bununla "Qarabağ" avrokuboklara vəsiqəni təmin edən pilləni təmin edib.