“Qarabağ” APOEL-ə uduzdu, "Sevilya" 1/16 finala yüksəldi - YENİLƏNİB

Baxış sayı:
7399

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Ağdam klubu qrup mərhələsinin IV turunda Kiprin APOEL klubu ilə qarşılaşıb.

Bu matçadək A qrupunda 2-ci olan Qurban Qurbanovun yetirmələri Nikosiyanın GSP stadionundakı qarşılaşmaya erkən qolla başlayıblar. Maksim Medvedev 10-cu dəqiqədə hesabı açıb.

Qarşılıqlı hücumlarla keçən oyunda hər iki komanda ardıcıl həmlələr təşkil etsə də, hesab yalnız ikinci 45 dəqiqədə dəyişib. Lukas Souza meydan sahiblərinin bərabərlik qoluna imza atıb. 

Lakin “Qarabağ” bu hesabı qoruya bilməyib. Kipr təmsilçisi oyunun sonlarında qələbə qoluna imza ata bilib. İlk iki qol kimi bu top da künc zərbəsindən sonra vurulub. Efrem meydan sahiblərini sevindirib – 2:1.

Qeyd edək ki, qrupun digər oyununda Lüksemburqda “Düdelanj”ın qonağı olan “Sevilya” 5:2 hesabı ilə qalib gəlib. İspaniya klubu bununla da nəinki 1/16 finala vəsiqəni, A qrupunda 1-ci yeri təmin edib.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Medvedev, 10 - Souza
, 59, İoannou, 88
Baş hakim: 
Manuel Şuttenqruber (Avstriya)
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joajinyo, 29. Praxitelis Vouros, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 11. Musa Suleyman, 30. Giorqos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye. 
Baş məşqçi: Qurban Qurbanov.
Nikosiya. GSP stadionu

1

Sevilya

4

4

0

0

13-1

12

2

APOEL

4

1

1

2

7-8

4

3

Qarabağ

4

1

1

2

7-8

4

4

Düdelanj

4

1

0

3

6-16

3

***

Saat. 23:42

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda üçüncü qol vurulub.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 88-ci dəqiqəsində ev sahibləri hesabda önə keçiblər. Bu dəfə Nkolas İoannou fərqlənib - 2:1. 

***

Saat. 23:12

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 59-cu dəqiqəsində kiprlilər status-kvonu bərpa ediblər. Lukas Souzanın zərbəsi dəqiq alınıb - 1:1. 

***

Saat. 22:57

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən Azərbaycan çempionu 1:0 hesabı ilə irəlidədir. 

***

Saat. 22:42

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda fasilə yaranıb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Azərbaycan çempionu öndədir - 1:0. 

***

Saat. 22:05

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 10-cu dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Maksim Medvedev dəqiq zərbə ilə Ağdam təmsilçisini hesabda önə keçirib - 1:0.

***

Saat. 21:55

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirir.

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşürlər. İlk üç oyunda 4 xal qazanan təmsilçimiz rəqibi ilə Nikosiyanın GSP stadionunda üz-üzə gəlir. 2 həftə öncə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşan komandalar həmin matçda qalibi müəyyənləşdirməmişdilər – 2:2.
Mövsümdə 4-cü dəfə bu rəqiblə üz-üzə gələn “Qarabağ” Çempionlar Liqasında Nikosiyada qələbə qazanıb. Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində ağdamlıları APOEL mübarizədən kənarlaşdırmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan “Qarabağ” evdə 2 cavabsız qolla azarkeşlərini üzmüşdü.

Qeyd edək ki, A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”ın qonağı olacaq.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: 
Manuel Şuttenqruber (Avstriya)
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joajinyo, 29. Praxitelis Vouros, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 11. Musa Suleyman, 30. Giorqos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye. 
Baş məşqçi: Qurban Qurbanov.
Nikosiya. GSP stadionu

1

Sevilya

3

3

0

0

7-0

9

2

Qarabağ

3

1

1

1

6-6

4

3

Düdelanj

3

1

0

2

5-10

3

4

APOEL

3

0

1

2

5-7

1