“Qarabağ” – APOEL matçında azarkeşlərə surpriz – 30 min...

Baxış sayı:
11104

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – APOEL oyununda azarkeşlər üçün surpriz gözlənilir.
Ağdam klubu Türkiyənin Bursa şəhərindən 30 min bayraq sifariş edib. Bayraqlar “Qarabağ” azarkeşlərinə matça giriş zamanı paylanılacaq.
Adımın atılmasına səbəb kimi “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (1:4) oyununda bir qrup erməni tərəfindən qondarma Dağlıq Qarabağ bayrağının dronla açılması göstərilir.
Qeyd edək ki, “Qarabağ” – APOEL matçı 24 oktyabr Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 20:55-də başlayacaq.