“Qarabağ” 10 nəfərlə qalib gəldi ​

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
Muxalifet.az-ın xəbərinə görə, Ağdamın “Qarabağ” klubu Bakı Olimpiya stadionunda “Sumqayıt” komandasını qəbul edib.
Matç Qurban Qurbanovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdamlılar görüşün böyük bir bölümünü azlıqda keçirsələr də, bu, onların qalibiyyətinə mane olmayıb. 30-cu dəqiqədə qırmızı vərəqə qalan qapıçı İbrahim Şehiç komandasını azlıqda qoyub. 
Hesabı 41-ci dəqiqədə Riçard Almeyda açıb. 65-ci dəqiqədə Dino Ndlovu “Qarabağ”ın üstünlüyünü iki topa çatdırıb.
Qələbədən sonra xallarının sayını 28 çatdıran “Qarabağ” turnir cədvəlində ilk pillədə qərarlaşıb. “Zirə” 24 xalla ikinci, “Qəbələ” 22 xalla üçüncü, “Sumqayıt” isə 16 xalla dördüncüdür.