QARA DƏNİZDƏ BÖYÜK GƏRGİNLİK! - Rusiya və ABŞ qırıcıları havada üz-üzə gəldi!

Baxış sayı:
657

2021-ci ilin gəlişi ilə regionda bir “atəş topu”na çevrilən Qara dənizdə ABŞ və Rusiya yenidən üz-üzə gəldi.

Qafqaz.media xəbər verir ki, gərginliyin bir gün də azalmadığı bölgədə Rusiya təyyarələri sərhədə yaxınlaşan ABŞ bombardmançılarını tutmağa çalışıb.

Xatırladaq ki, bənzər hadisə bazar günü Yapon dənizində, ABŞ-ın hərbi dəniz gəmisinin Çin və Rusiyanın hərbi təlim keçdikləri əraziyə daxil olması ilə yaşanmışdı.

Məlumata görə, ABŞ bombardmançıları hava sərhəd xəttini pozduqdan dərhal sonra Rusiyaya məxsus Qara dəniz Donanmasının Hava Hücumundan Müdafiə və Dəniz Aviasiya Qüvvələrinin iki “Su-30” qırıcısı havaya qaldırılıb. Məqsəd, ABŞ Hərbi Hava Qüvvələrinin səsdən sürətli “B-1B” strateji bombardmançı təyyarələrini Qara dəniz üzərində yaxalamaq olub.

“Zvezda” telekanalının xəbərinə görə, iki hərbi təyyarə “KC-135” tanker təyyarəsinin müşayiəti ilə Rusiya dövlət sərhədinə yaxınlaşıb. Amerikaya məxsus “B-1B”-lər Rusiya Federasiyası sərhədlərindən çıxarıldıqdan sonra, rus qırıcıları aerodroma qayıdıblar.

Qeyd edilib ki, Rusiya təyyarələrinin uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib.

Xatrıladaq ki, “Su-30” ikioturacaqlı, çoxməqsədli qırıcıdır. Qabaqcıl modernləşdirmə yolu ilə “Su-27UB”-un döyüş hazırlığı modifikasiyası əsasında yaradılmışdır. Təyyarənin yükdaşıma gücü təxminən 10 tondur.