Qara dənizdə ABŞ-Rusiya qarşıdurması

Baxış sayı:
5392

Rusiya ABŞ-ın Rumıniyada aktivləşdirdiyi raket əleyhinə müdafiə sistemlərinə cavab olaraq Tu-22M3 bombardmançılarını Krıma göndərir.
 
Rusiyanın etirazlarına baxmayaraq Rumıniyadakı raket müdafiə qorumasının ABŞ tərəfindən aktivləşdirilməsi Rusiyanın nüvə cavabı ilə qarşılaşdı.
Rusiya Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev Rusiyanın Krımdakı Qvardeyskaya Hava Bazasında nüvə gücünə sahib Tu-22M3 uzun məsafəli bombardmançıları yerləşdirməyi planladığını açıqlayıb.
 Qeyd edək ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Krımın ilhaqının 5 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Krıma gedib. Rus mətbuatı Tu-22M3 bombardmançılarının Qara dəniz yarımadasında ilhaqın 5-ci ilində yerləşdiriləcəyini yazır.
Müxalifət.az