Qara çörək, yoxsa qaraldılmış çörək?- Firmalar hiyləgərlik edir - VİDEO

Baxış sayı:
1029

Qara çörək adı ilə satılan çörəklərin bir çoxunun tərkibinə rəngi tündləşdirmək üçün əlavə qatqılar qatırlar. Ekspertlər bildirir ki, istehsalçılar bu maddələri çörəyin tərkibi ilə bağlı məlumatlarda göstərməyərək vətəndaşların hüquqlarını pozurlar. Məsələyə Qida Təhlükəsizliyi Agentliyi də münasibət bildirib.

Bəziləri pəhriz üçün, bəziləri isə insan orqanizminə faydalı olduğu üçün qara çörəkdən istifadə etməyə üstünlük verirlər.

Ekspertlər bildirir ki, qara çörəyin tərkibinin çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır. Ancaq qara çörək adı ilə satılan çörəklərin heç də hamısının tərkibi deyilənlərdən ibarət deyil. Bəzi halda çörəyin rəngi qaralsın deyə başqa maddələr də əlavə edirlər və onların çörəyin tərkibi ilə bağlı yazılan məlumatlarda göstərmirlər. Çörəyin tərkibinə əlavə qatqı maddəsi qatıldığını isə adi bir yoxlama ilə müəyyən etmək mümkündür.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Aysel Cəlilova deyir ki, çörəyin tərkibinə daxil edilən qatqılar üzərindəki məlumatda göstərilmirsə bu vətəndaşların hüquqlarının açıq şəkildə pozulması deməkdir.

Agentlik əməkdaşının sözlərinə görə əgər vətəndaşlar çörəyin tərkibindən şübhəlidirlərsə qurumun qaynar xəttinə zəng vuraraq onu yoxlatdıra bilərlər.

Onu da qeyd edək ki, çörəyə qara rəng vermək üçün bəzi işbazlar onun tərkibinə kofe, kakao tozu vurulur, hətta kimyəvi tərkibli qida rəngləndiricilərdən istifadə edirlər və bu barədə məhsulun üzərində heç bir məlumatlandırıcı qeyd aparmırlar. Bunu isə istehsalçılar daha az vəsaitlə daha çox qazanc əldə etməklə məqsədilə həyata keçirirlər. Ən təhlükəlisi isə budur ki bir çox insan xüsusi ilə də şəkər xəstəliyindən əziyyət çəkənlər qara çörəy, həkim məsləhəti ilə yeyirlər. Belə çıxır ki onların yediyi əslində qara çörək yox qaraldılmış çörəkdir./Xezerxeber.az