Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

Baxış sayı:
1947

İsveçrədə qar uçqunu altında qalan iki qadın xizəkçinin köməyinə snoubordçular gəlib.

“ABC News” xəbər verir ki, qadınlardan birinin xilasedilmə anı snoubordçunun kaskasındakı kameraya düşüb.

Hadisə İsveçrənin cənub-qərbindəki Vale kantonunun Verbye kəndində baş verib.

Qadınlar bölgəyə çağrılan helikopter vasitəsilə xəstəxanaya yerləşdiriliblər.