Qanlı Bazar Ertəsi! 58 ŞƏHİD, MİNLƏRLƏ YARALI

Baxış sayı:
3295

ABŞ-ın səfirliyini Qüdsə daşımasına təpki göstərən Fələstinlilər, Qəzza və Qərbi Şeriada etiraz aksiyası keçirib. İsrail polisi 35 min nümayişçinin üstünə güllə yağdırıb. Ən azı 58 nəfər şəhid olub, aralarında yaşlı, uşaq və qadınların olduğu 2 min 771 nəfər də yaralanıb.
 
ABŞ-ın İsraildəki səfirliyini Qüdsə daşıma qərarı Müsəlman dünyasında böyük etirazlara səbəb olsa da, o qərar dünən baş tutub. ABŞ prezidenti Donald Trampın qızı İvana Tramp və İsrail dövlət rəhbərlərinin iştirak etdiyi mərasimlə səfirlik binası Qüdsün Arnona bölgəsində açılıb. Yeni binanın fəaliyyətə keçəcəyi günə qədər səfirlik, keçmiş konsulluq binasında xidmət verəcək. Keçmiş konsulluq binasında bir ofisə daşınan səfir Devid Fridman da açılışdan sonra bu gün rəsmən vəzifəsinə başlayıb.
Nümayişlər zamanı sərhəd xəttini keçən Qəzzəlilər intensiv atəş nəticəsində geri püskürdülüb. İsrail təhlükəsizlik gücləri, həqiqi güllə və insansız hava vasitələrindən atdıqları bibər qazıyla etirazçıları dayandırmağa çalışıb. Günortan saatlarında İsrailə aid F16 döyüş təyyarələri də Həmasın Qəzzadakı üç ayrı nöqtədə yerləşən təlim mərkəzlərini bombalayıb. Qəzzadakı aksiyalara qatılan keçmiş dövlət məmuru Məhəmməd Əbu Amsha, İsrail əsgərlərinin istifadə etdiyi həqiqi güllələrlə itkilərin daha çox olacağını və buna görə narahat olduqlarını ifadə edərək, insansız hava vasitələrinə qoyulmuş bibər qazı bombalarının daha əvvəlkilərə bənzəmədiyini, narkoz təsiri edərək insanları keyləşdirdiyini bildirib. Sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-dan bəri Qəzzaya tətbiq olunan blokadanın götürülməsini tələb etdikləri üçün qətlə yetirildiklərini deyən Əbu Amsha, nümayişlərə qatılanların heç bir siyasi görüşü təmsil etmədiyini və məsum insanlardan ibarət olduğunu söyləyib.
Müxalifət.az