QAN-QAN DEYƏNLƏRİN QAN QUSMASI – Paşinyan-Tonayan cütlüyünün təkəbbüründən əsər-əlamət qalmayıb!

Baxış sayı:
1853

Müharibən 6-cı gününün mənzərəsi xeyli rəngarəngdir. Döyüş meydanında vurulmuş yüzlərlə erməni hərbi texnikasının bədheybət qaraltıları, ətrafa səpələnmiş çoxsaylı meyitlər, başını itirərək telefonun dəstəyindən asılı qalan Paşinyanın qorxudan əyilmiş sifəti, ovcunun içi ilə alnını döyəcləyən Tonayanın çarəsiz durumu real mənzərənin ermənilər üçün acınacaqlı durumundan xəbər verir.

Bir ay əvvəl Qarabağda at oynadan Paşinyan-Tonayan cütlüyünün, onların yanında ov tulası kimi sağa-sola qaçan separatçı “lider” Araik Arutunyanın canlarına vəlvələ düşüb. Azərbaycan Ordusu cəmi altı gündə Tonayanın az qala Birinci Dünya Müharibəsinin keçilməz “Majino xətti”-nə bərabət tutduğu müdafiə səddini yarıb işğalda olan yaşayış məntəqələrini, strateji yüksəklikləri azad edib və irəliləyir. Hər şey Ermənistan rəhbərliyi üçün o qədər gözlənilməzdir ki, nə edəcəklərini kəsdirə bilmirlər. Qısa müddətdə yüz milyonlarla dəyəri olan hərbi texnika sıradan çıxarılıb, minlərlə əsgər qarışqa kimi qırılır. Bu dəhşətlərə görə xalqa nə cavab verəcəklər? İtirilən əraziləri qaytarmaq, yeni mövqelərdə möhkəmlənmək haqqında düşünmək isə yəqin çox gecdir...

Bir ay əvvələ kimi Xankəndində, Şuşada poz verən, çaxır içib gələcək günlərin sağlığına tost deyən, Azərbaycana acıq verən erməni “elitarlarının” düşdüyü mənzərə gerçəkdən çox acıdır. Azərbaycan Ordusu qəflətən onları təpənin başından yarğanın dibinə yuvarlayıb. Bu hələ başlanığıcdır, qarşıda daha dəhşətli itkilər, faciələr onları gözləyir.

İnternetdə bir balaca axtarış edəndə David Tonayanın, Nikol Paşinyanın, Araik Arutunyanın bir-birinə oxşar hədə bəyanatları ard-arda düzülür. Məsələn, Ermənistan İctimai Televiziyasına müsahibəsində müdafiə naziri deyib ki, döyüş təhlükəsi yaranarsa, onlar da ləngiməyəcəyəklər: "Psixologiya dəyişir, yanaşmalar dəyişir. Çünki müdafiə vəziyyətində olan ordular adətən məğlubiyyətə uğrayırlar. Odur ki, müdafiə mövqelərində qalmaq niyyətində deyilik".

Tonayan Azərbaycanı qəsd edərək ordumuzun müdafiə mövqeyində dayandığını öz aləmində ələ salmağa, özünü qalib sərkərdə, ordunu müzəffər ordu kimi təqdim etməyə cəhd edir. Tonayan dayanmaq bilmir, Ermənistan ordusunun silahlanma yarışına qoşulmaq niyyətində olmadığını və öz cəbbəxanasını qarşı tərəfin istənilən qəsdlərini neytrallaşdırmağa imkan verən silahla tamamladığını deyir.

Bir neçə gün sonra bu bəyanatlar fərqli efirdə təkrarlanır: “Ermənistan Ordusu ən yeni hərbi texnikalarla təmin edilib. Silahlı qüvvələrimizin gücü gündən-günə artacaq və gücümüz düşmən üçün daha da ölümcül olacaq”.

İndi hanı o silahlar, Azərbaycan ordusuna verilən cavab? Hanı o təkəbbür, istehzalı açıqlamalar? İndi onların yerində tərk edilmiş mövqelərə səpələnmiş, yanıb qaralmış dəmir yığını qalıb, bir də iylənməkdə olan meyitlər. Tonayan alnını nə qədər döyəcləsə də, çətin ki, oradan bir xilas yolu çıxa...

İndi Ermənistan internet məkanında ən ikrah doğuran fotolar yəqin ki, Paşinyanın Şuşada yallı getdiyi, yaxud üzdəniraq inauqurasiyada verdiyi pozalardır. Xanımı Anna Akopyanın əlində silah tutub təlimdə yürüdüyü kadrlara yəqin Paşinyanın özü belə baxa bilmir. Bütün keçmiş utanc, rəzalət içindədir, verilən bəyanatlar, nümayiş etdirilən təkəbbürlər, Azərbaycana acıq vermək, şərt qoymaq indi cəhənnəm əzabı verir. Nə oldu, necə oldu ki, bu parıltı – gurultu ilğıma döndü? Başdan böyük bəyanatların bir gün o başlara ağırlıq edəcəyi gözlənilən idi.

O zaman indi yetişib...

Azpolitika.info