Qan donduran olay: 52 çantadan 25 cəsəd tapıldı

Baxış sayı:
6862

Meksikada  fermadan tapılan 52 çantadan 25 cəsəd çıxarılıb.
Muxalifet.az
xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin ən güclü narkotik kartellərinin olduğu Jalisko əyalətində baş verib.
Əyalət prokurorluğunun açıqlamasına görə, cəsədlərdən altısının kimliyi müəyyən olunub. Onların əvvəllər məhkumluğu olduğu üzə çıxarılıb.
Olayın üstü əyalətdəki Toluquilla səmtində bir anbara basqın zamanı açılıb.
Hadisəylə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Meksikada ötən il önəmli hisssəsi narkotik kartelləriylə bağlı olan  35 min 964 cinayət işlənib.