Qan çanağı Balkanlar, fitnə ocağı Rusiya və böyük Serbiya iddiası - Putinin səfəri Qərbi əndişələndirib

Baxış sayı:
7591

Rusiya ənənəvi siyasətinə uyğun olaraq bölgədə yeni qan çanağı yaratmaq istəyir
 
Vladimir Putinin Serbiyaya rəsmi ziyarəti Qərbi yenidən qayğılandırıb.
Avropa rusların şovinist və ultramillətçi, hələ də Balkan torpaqlarında böyük Serbiya qurmaq xəyalı ilə yaşayan serblərə dəstək verməsində xeyirli heç nə görmür.
“On minlərlə serbin Vladimir Putini salamlamaq üçün Belqradda küçələrə axışması bütün Avropa üçün həyəcan siqnalı sayılmalıdır. Balkanlar ömür boyu həll olunmayan ziddiyyətlərin barıt çəlləyi kimi ortada qalıb. Putinin ziyarəti isə bölgənin yenidən dünyanın böyük dövlətlərinin çarpışdığı strateji nöqtəsinə çevirə bilər”,-deyə Böyük Britaniyanı “The Times” qəzeti yazır.
 “Avropanın problemi təsir rıçaqlarının məhdud olmasındadır. AB nə qədər genişlənməyə iştahlı olsa da, daxili ziddiyətlər məngənəsində sıxılır. Bundan başqa, İttifaqın bütün diqqətini yalnız hüquq normalaırna əməl olunmasına cəmələməsi yeni potensial üzvləri çəkindirir. Bu yaxınlara qədər əhalinin böyük etirazları ilə üzləşən Serbiya lideri Aleksandr Vuçiç kimi avtoritar liderlər üçün isə Putin güvənli tərəfdaş sayılır”,-deyə yazıda qeyd olunur.
“Avropa Birliyi 6 Balkan ölkəsi ilə İttifaqa üzv olmaq barədə danışıqlar apardığı bir məqamda Putin səhnəyə çıxmaq və bölgəni alovlandırmaq üçün heç bir imkanı əldən qaçırmır”,-deyə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır.
Müəllif Piter Münx Rusiya prezidentinin Monteneqro (2016-cı ildə ruspərəst qüvvələrin təşkil etmək istədiyi və qarşısı alınan çevriliş) və Makedoniya (ölkənin AB və NATO-ya üzv olmaq üçün adının dəyişdirilməsi barədə qərarına mane ola bilməmək) uğursuzluqlarından sonra indi diqqətini 7 milyonluq əhalisi ilə bölgənin ən böyük ölkəsi sayılan Serbiyaya yönəltdiyini yazıb.