Qalmaqallı Türkiyə sanksiyasından sonra ilk təmas – ANKARANIN SEÇƏNƏKLƏRİ

Baxış sayı:
3193

Bu gün 51-ci ASEAN Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Sinqapurda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-lı həmkarı Mayk Pompeo arasında sanksiya qalmaqalından sonra ilk üz-üzə təmas qurulacaq.
 
Sanksiya böhranının yüksəlməməsi üçün alt səviyyədə görüş kanalları hələ də açıq saxlanılır. İki nazir, ABŞ-ın sanksiya qərarını açıqlamasından qısa müddət əvvəl telefonda danışıblar və danışıq Pompeonun tələbi ilə baş tutub. Çavuşoğlu ilə Pompeo, iki ölkə arasında Brunson böhranının dırmandığı iyul ayında 4 dəfə telefon danışığı apardıqdan sonra bu gün ilk dəfə üz-üzə gələcəklər.
 
VARİANTLAR MASADA
 
Kritik görüş ərəfəsində bağlı qapılar arxasında aparılan qiymətləndirmələrdə, ABŞ-ın sanksiya qərarının Ədalət və Daxili İşlər Nazirlərini əsas tutaraq başlama taktikasının səbəbləri, bunun Türkiyəyə qarşı yeni hansı addımlarla davam edə biləcəyi və Türkiyənin alternativ variantları müzakirə edilib.

Müxalifət.az