Qalmaqala dəstəyin NƏTİCƏSİ AĞIR OLDU! QOVULDULAR

Baxış sayı:
8689

Anqola, ABŞ-ın Qüds səfirliyinin açılışında iştirak edən diplomatı və buna razılıq verən bölgə direktorunu vəzifədən çıxarıb.
 
Anqola Xəbər Agentliyinin (ANGOP) məlumatına görə, xarici işlər naziri Manuel Augusto, Anqolanın Təl-Əviv səfirliyinin müşaviri Joao Diogo Fortunato və ona ABŞ-ın Qüdsdəki səfirlik açılışında iştirak etmək səlahiyyəti verən Afrika və Yaxın Şərq Region Direktoru Joaquim do Espirito Santonun vəzifəsinə son qoyub.
Nazirlik vəzifədən alınma səbəbinin iki diplomatın ölkə daxili qərarlara riayət etməməsi və ölkənin müsbət imicinə zərər verməsindən qaynaqlandığını bildirib. Ölkənin rəsmi qəzeti də diplomatların vəzifələrindən alınma səbəbi kimi Qüdsdəki ABŞ səfirliyinin açılışında iştirak etmək və buna razılıq vermək olduğunu yazıb.
Müxalifət.az