Qalmaqal ortaya çıxdı: ƏSƏDLƏ GÖRÜŞDÜLƏR

Baxış sayı:
5008

İsrailin aprel ayı ərzində Bəşşar Əsəd ilə görüşdüyü ortaya çıxıb. Görüş haqda İsrailli jurnalist Edi Coen bildirib.
 
Deyrizor, Humus-Tifor-Sayrat, Dəməşq, Hələb və Kuneytra bölgələrində İranın dəstəklədiyi Şiə milis mövqelərini vuran İsrailin, Bəşşar Əsəd ilə görüşdüyü ortaya çıxıb.
 
JAKOBSONA HƏVALƏ EDİLDİ
 
İsrailli jurnalist-alim Edu Coen, baş nazir Binyamin Netanyahu tərəfindən xüsusi tapşırıq verilən Nathan Jacobsonun, aprel ayı ərzində Bəşşar Əsədlə görüşdüyünü açıqlayıb.
 
ƏSƏD İSRAİL DOSTU
 
Dəməşqdə baş tutan görüş haqda yazan Coen, İsrail və İranın Livan, Beyrut, Dəməşq və regionda mövcud olan hakimiyyət davası səbəbi ilə düşmən olduğunu, ancaq Əsəd ailəsinin İsrailin dostu olduğunu bildirib.
Suriya daxilində vurulan nöqtələrin xüsusilə İran İnqilab Mühafizəçiləri və yenə İranın dəstəklədiyi Şiə döyüşçülərinə aid qərargahlar olduğunu qeyd edən Coen, ata Əsədin də Mossad Kəşfiyyat Xidmətinin casusları ilə Afrin bölgəsində (Türkiyə sərhədi) çəkilən fotoşəkillərini dərc edib.
 
GİZLİ GƏLİRLƏR
 
İsrailin Bəşşar Əsədlə keçirdiyi görüşün yeni dövr Yaxın Şərq layihəsi daxilində görülməsi lazım olduğuna diqqət çəkən Edi Coen, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya və Misirdən bir çox dövlət adamının gizli yollarla Təl-Əvivə səfərlər təşkil etdiyini bildirib.
Müxalifət.az