Qalmaqal! Fransadan sonra indi də İngilislər YPG TERRORÇULARINA SÖZ VERDİ

Baxış sayı:
4450

İngiltərənin İşçi Partiyasının bir qrup millət vəkil, Qamışlıya gələrək terror təşkilatı YPG nümayəndələri ilə görüşüb. Vəkillər, YPG-li terrorçulara həmrəylik sözü verib.
 
Fransada terror təşkilatı YPG nümayəndələrinin prezidenti Makron tərəfindən Yelisey Sarayında qəbul etməsinə Ankaradan sərt reaksiyalar gələrkən, qalmaqal bir xəbər də İngiltərədən gəlib.
İngiltərənin İşçi Partiyasının vəkilləri Suriyada YPG-nin nəzarətində olan Qamışlıya gedərək terror təşkilatı nümayəndələri bir araya gəlib və dəstək sözü veriblər.
 
SİZİ DƏSTƏKLƏYƏCƏYİK
 
İngiltərə parlamentinin üst qanadı olan Lordlar Palatasının İşçi Partiyasından olan üzvlərindən Moris Glasman, Qamışlıdakı çıxışında, “Sizinlə uzun müddətli bir əməkdaşlıq üçün buradayıq. Azadlığınızı yox etməyə çalışan bütün insanlara qarşı sizi dəstəkləyəcərik" deyə, bildirib.
 
GÖRÜŞMƏYƏ DAVAM EDƏCƏK
 
Glasman, Suriyanın şimalında bəzi bölgələri gəzərək YPG-li və YPJ-li terrorçularla görüşəcəyini deyib.
Bir başqa İşçi Partiyalı vəkil Loyd Rassell-Moyle isə İngiltərəyə qayıtdıqları zaman parlament və İngilis xalqı ilə bunları paylaşacaqlarını söyləyib və Türkiyəyə silah satışı məsələsinin bir daha gözdən keçiriləcəyini bildirib. İngilis vəkil, "Sizinlə birgə olduğumuzu bildirmək istəyirik" deyə, terroru dəstələyəcək şəkildə çıxış edib.
 
 İLK YÜKSƏK SƏVİYYƏLİ SƏFƏR
 
 Terror təşkilatı YPG-nin yüksək səviyyəli rəhbərlərindən olan Abed Əl-Məcid Ömər isə daha əvvəl də açıqlanmayan analoji görüşlərin keçirildiyini, ancaq bunun rəsmi yollarla keçirilən ilk yüksək səviyyəli səfər olduğunu deyib.
Müxalifət.az