Qalmaqal FETÖ həmləsi: ABŞ-ın TAKTİKASINA KEÇDİLƏR

Baxış sayı:
8032

Türkiyə xaricindəki qaçaq FETÖ-çuların başını çəkdiyi bir qrup, ifşa olmuş şəxsləri kənarlaşdıraraq yenidən təşkilatlanmağa başlayıblar. Fərarilərin də aralarında olduğu bəzi şəxslərin nəzarətində olan media qurumları, təşkilat içində bir münaqişə varmış kimi göstərilərək, əslində yeni bir təşkilatlanmanın işarəsi verilir. Ancaq, təşkilata xidmət edən beyin mərkəzləri və fondların pul qaynaqlarına baxıldığında bir parçalanmanın olmadığı aşkara çıxır.
 
XİLASETMƏ PLANI
 
Terror təşkilatı FETÖ içində iki fərqli qrupun olduğu, bir qrupun "təxribat izində" olduğu, digər qrupun isə "buna müqavimət göstərdiyi" iddiaları sosial mediada yayılır. Terrorizmlə mübarizə mütəxəssisləri yeni baş verənləri "Yurd içində və xaricində hərəkət sahəsi getdikcə daralan FETÖ, yeni bir taktikaya keçərək həyatda qalma axtarışına girib. İctimaiyyətdə tanınan çirkli üzləri ləğv edərək yeni bir quruculuğa başlayacaqlar" şəklində qiymətləndirir.
Terrorizmlə mübarizə mütəxəssisləri, TSQ-də istifadə edilən FETÖ ilə mübarizə metodlarının genişlənməsi ilə dövlət orqanlarında qalma ehtimalları azalan təşkilat üzvlərinin yeni planı işə saldıqlarını düşünürlər. Bir şəkildə hələ də ifşa olunmamış təşkilat üzvlərini xilas etmək üçün diqqətləri açığa çıxan üzvləri üzərinə çəkməklə, xarici dəstəkçilərinin də təşviqi ilə belə bir üsula əl atıblar.
 
ÜSYAN MƏŞQİ
 
Terror təşkilatının Pensilvaniya qərargahında həbsxanalardakı minlərlə FETÖ-çunun ölümünə səbəb olacaq planının bu məqsədlə sosial mediada aşkara çıxardığı bildirilir. Bağlanan “Zaman” qəzetinin keçmiş müxbiri Əhməd Dönməz, 9 noyabrda qələmə aldığı yazı ötən günlərdə Odatv adlı internet saytında nəşr olunub. Dönməzin yazısında "Hizmət Hərəkatı aylardır mühüm bir hadisə ilə çalxalanır. Camaatın demək olar ki, bütün yüksək heyətinin bildiyi bir sıra iddialara görə, həbsxanalarda minlərlə insanın ölümü ilə nəticələnəcək bir üsyan təşəbbüsü tərtib edilib" dediyi bildirilib.
 
SÖZDƏ TOQQUŞMA OYUNU
 
Dönməz, "Ən az sui-qəsdin özü qədər əhəmiyyətli olan tərəfi isə qanlı planın şəxsən hərəkatın lideri Fətullah Gülənin yaşadığı şəhərciyin içərisindən təşkil edildiyi iddiasıdır" deyə yazıb. Bu təxribatı törədənin isə yüksək rəhbərlikdən Sezai kod adlı İ.K-nı göstərən Dönməz "Son anda Gülən tərəfindən xəbər tutulduğu və qarşısının alındığı bildirilən bu təşəbbüsün arxasındakı şəxsin isə “Sezai” kod adlı İ.K.-nın olduğu irəli sürülür" deyib. Dönməz, "Buna qarşılıq İ.K. cəbhəsi, bunun böhtan olduğunu və camaatı bürümüş bir xain qrupun özlərini ləğv etməyə çalışdığını iddia edir" deyə yazıb. Əhməd Dönməz, 10 noyabr tarixli başqa bir yazısında isə "Camaatın ən təpəsindəki şəxslərdən biri mənə deyir ki, bu, iki qrupun toqquşmasıdr” deyə yazıb.
 
XƏYANƏT ŞƏBƏKƏSİNƏ ABŞ AĞLI
 
FETÖ üçün dövrəyə soxulan ssenari, PKK-nın Suriyadakı davamı PYD/SDG-ni xatırlatdı. ABŞ, PKK-nı terror təşkilatı elan edərək rəhbərlərinin başına mükafat qoyarkən, PYD/SDG-yə isə müttəfiq olaraq xitab edir. Terror təşkilatının Suriya qoluna hər cür silah və sursat daşımasını isə davam etdirir.
Müxalifət.az