QALMAQAL: Avropanın bu ölkəsi İŞİD-ə rüşvət, YPG-yə İSƏ..

Baxış sayı:
3169

Terror təşkilatını təmizləmək üçün başlanılan “Zeytun Budağı” Hərəkatına qarşı çıxan Fransanın mühüm tikinti firmalarından olan “Lafargeın” Afrində YPG-nin tunelləri üçün beton istehsal etdiyi ortaya çıxıb.
 
Türkiyənin haqlı əməliyyatını dayandırmasını istəyən Fransanın mühüm tikinti firmalarından olan “Lafargeın”, Suriyanın şimalında 2010-ci ildə yaratdığı sement zavodunda terror təşkilatı YPG-nin Afrindəki tunellərində istifadə edilmək üçün beton istehsal etdiyi ortaya çıxıb.
 
RÜŞVƏT ÇARXI
 
Firma, 2013 və 2014-cü illər arasında Jalabiya bölgəsindəki zavodda işlərini davam etdirə bilməsi üçün İŞİD-ə rüşvət verib, təşkilatı maliyyələşdirmiş və bu qalmaqal “LE Monde” qəzeti tərəfindən ortaya çıxarılmışdı. “Lafargeın” zavodu 2014-cü ildə terror təşkilatı YPG-nin nəzarətinə keçib.
 
TERRORÇULARI FRANSADA QONAQ ETMİŞDİLƏR
 
Fransa prezidenti Macronun sələfi Fransua Olland 2015-ci ilin fevralında terror təşkilatı PYD-nin həmsədri Asiya Abdulla ilə YPJ-nin komandanı Nəsr Abdullanı Yelisey Sarayında qəbul etmişdi.
Müxalifət.az