​"Qalatasaray"ın mağazasına hücum: yaralananlar var

Baxış sayı:
1462

Türkiyənin "Trabzonspor" klubunun azarkeşləri "Qalatasaray"ın mağazasına hücum ediblər.
Muxalifet.az xəbər verir ki, azarkeşlər əllərindəki yad cisimləri mağazaya, burada çalışan işçilərə atıblar. Bundan sonra işçilər mağazanı bağlayıblar.
"Trabzonspor" azarkeşləri Gəzi Parkında da gərginliyə səbəb olublar. Olaylara müdaxilə edən iki polis ağır yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Azarkeşlərdən bir neçəsi isə həbs edilib.