​"Qalatasaray"dan Balotelli "bomba"sı - İstanbula gəldi

Baxış sayı:
334

"Nitsa"nın heyətdə düşünmədiyi Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.
Muxalifet.az xəbər verir ki, 28 yaşlı forvardın xidmətində "Qalatasaray" maraqlıdır. Türkiyə mətbuatının yazdığına görə, "cim bom" italiyalı hücumçunu müqavilə imzalamaq üçün İstanbula gətirib.
Qeyd edək ki, Balotellinin Fransa klubu ilə müqaviləsi yayda başa çatacaq. O, cari mövsümdə "Nitsa"nın heyətində 10 oyunda meydana çıxıb, qol vura bilməyib./milli.az/