"Qalatasaray"da gərginlik - Babellə Belhanda dalaşdı

Baxış sayı:
676

"Qalatasaray"ın futbolçuları Rayan Babel və Younis Belhanda arasında gərginlik yaşanıb.

Muxalifet.az xəbər verir ki, hadisə məşqlərin birində baş verib. Son vaxtlar zəif çıxışları ilə tənqid olunan lehionerlərin dalaşdığı bildirilir. Ancaq davanın səbəbi haqda məlumat verilməyib.

Qeyd edək ki, Belhanda bir müddət əvvəl yanvar ayında "Qalatasaray"dan ayrılacağını və uzun müddətdir təklif aldığı ərəb klubuna "hə" deyəcəyini açıqlamışdı.