​“Qalatasaray”a şok: Çempionlar liqasından sonra...

Baxış sayı:
706

Türkiyə Super Liqasının 6-cı turundan sürpriz nəticə qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, turnir cədvəlinə liderlik edən "Qalatasaray" klubu səfərdə "Akhisarspor"a 3-0 hesabı ilə məğlub olub.
Həftə içi Çempionlar liqasında "Lokomotiv Moskva"nı 3-0 məğlub edən "sarı-qırmızılılar"ın bu məğlubiyyəti şok effekti yaradıb.
"Akhisar"ın qollarını Elvis Manu, Guray Vural və Mustafa Yumlu vurub.
Qeyd edək ki, sabah derbi matçda "Fənərbaxça" və "Beşiktaş" klubları üz-üzə gələcək.