"Qalatasaray" ulduz futbolçunu gözdən çıxardı

Baxış sayı:
9271

Türkiyə Super Liqasında və Avropada istədiyi oyunu sərgiləyə bilməyən "Qalatasaray", mövsüm fasiləsində yapon ulduzu Yuto Naqatomo ilə yollarını ayırmağı planlaşdırır. Muxalifet.az xəbər verir ki, heyətində 15 legioner olan və xarici oyunçu məhdudiyyəti səbəbiylə mövsüm başında Martin Linnesə lisenziya çıxartmamaq qərarı alan "Qalatasaray", Naqatomonu gözdən çıxarıb. Qeyd edək ki, Naqatomo bu mövsüm iştirak etdiyi 16 rəsmi matçda ürəkaçan oyun nümayiş etdirə bilməyib.