“Qalatasaray” “Sivasspor”a qalib gəldi

Baxış sayı:
418

Türkiyə Super Liqasında VIII tura start verilib.

APA-nın məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.

Son çempion “Qalatasaray” öz meydanında “Sivasspor”la qarşılaşıb. İstanbul klubu ev matçından 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 19-21-də keçiriləcək.

Türkiyə Super Liqası

VIII tur

18 oktyabr

“Qalatasaray” – “Sivasspor” – 3:2

Andone, 21, 42 (pen.), Babel, 74 – Kone, 72, Yeşilyurt, 84