"Qalatasaray"-"Fənərbağça" oyunundan sonra üzücü olay - 1 nəfər öldürüldü

Baxış sayı:
347

Ötən gecə Türkiyə Superliqasında keçirilən "Qalatasaray"-"Fənərbağça" oyununu birlikdə izləyən şəxslər arasında baş verən dava ölümlə nəticələnib.

Publika.az Habertürk-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Zeytinburnu adlanan hissəsində qeydə alınıb. Oyunu birlikdə izləyən L.T və R.P hələlik dəqiqləşməyən səbəbdən mübahisə ediblər. Ətrafdakı şəxslər tərəfləri ayıraraq evlərinə yola salsa da, L.T gecə saat 11-də R.P-nın yaşadığı evin qarşısına gəlib. O, tanışına mesaj yazaraq onu küçəyə çağırıb. Küçəyə çıxar-çıxmaz L.T R.P-yə tərəf iki atəş açıb. Lakin güllələr gənc oğlana dəyməyib. Bunu görən L.T bıçaqla ona hücum edib və çoxsaylı zərbələr endirərək tanışını qətlə yetirib. Hadisənin futbol oyunu üzərindən yaranan münaqişəyə görə baş verdiyi bildirilir.

Qətli törədən şəxs artıq tutulub.