“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub

Baxış sayı:
355

Türkiyə Super Liqasında XII tur başlayıb.

Apasport.az-ın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.

İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edib. Matçda bir qol vurulub. İkinci hissənin sonlarında fərqlənən Qulbrandsen qonaqlara üç xal qazandırıb. Bu üç xal “Başakşəhər”in ən azı bir günlük liderliyə yüksəlməsi üçün yetərli olub.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-25-də keçiriləcək.

Türkiyə Super Liqası
XII tur
22 noyabr
21:30. “Qalatasaray” - “Başakşəhər” – 0:1
Qulbrandsen, 78