“Qalatasaray” darmadağın oldu, "Real"dan səfər qələbəsi - Yenilənib

Baxış sayı:
4057

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarına yekun vurulub.
Muxalifet.az
xəbər verir ki, A, B, C və D qruplarında görüşlər keçirilib.

"Qalatasaray" Fransada PSJ-nin qonağı olub. Son oyunların ardından Avropa Liqasında çıxış edəcək komanda da müəyyənləşib. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, "Brügge"nin isə "Real" qarşısında xal itirməsini gözləməli idi. Lakin "Brügge" öz evində "Real"a məğlub olsa da, "Qalatasaray" səfərdə PSJ-yə darmadağın olaraq bu şansı əldən verib. Belədə Belçika klubu Avroliqada oynamağa haqq qazanıb.

Çempionlar Liqası

11 noyabr

A qrupu 

00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) - 5:0 

Qollar: M.İkardi, 33, P.Sarabia, 35, Neymar, 47, K.Mbappe, 63, E.Kavani, 84(pen)

00:00. “Brügge” (Belçika) – “Real” (İspaniya) - 1:3

Qollar: H.Vanaken, 55 - Rodriqo, 53, V.Junior, 64, L.Modriç, 90

B qrupu 

00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:1 

Qollar: K.Koman, 14, T.Müller, 45, F.Koutinyo, 64 - R.Sesenyon, 20

00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) - 1:0 

Qol: Y.Arabi, 88(pen)

C qrupu 

21:55. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə) - 1:4

Qollar: D.Olmo, 10 - Q.Jesus, 34, 50, 54, F.Foden, 84

21:55. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) - 0:3

Qollar: T.Kastaqne, 68, M.Pasaliç, 80, R.Qosens, 90

D qrupu 

00:00. “Bayer” (Almaniya) – “Yuventus” (İtaliya) - 0:2

Qollar: K.Ronaldo, 75, Q.İquain, 90

00:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:0 

Qollar: J.Feliks, 17, Felipe, 54