​"Qalatasaray" daha bir futbolçusunu itirdi

Baxış sayı:
1873

İstanbulun "Qalatasaray" futbol klubu daha bir əsas futbolçusunu itirib.
Muxalifet.az xəbər verir ki, komandanın mərakeşli yarlmmüdafiəçisi Yunes Belhanda ağır zədə alıb. O, milli komandasının Kamerunla keçirdiyi oyunda zədələnib və görüşü yarımçıq tərk edib. Belhandanın 2 aya yaxın meydanlardan kənar qalacağı bildirilib.
Qeyd edək ki, "Qalatasaray"ın bir neçə futbolçusu cəza, 3 furbolçusu isə zədə səbəbindən komandaya kömək edə bilmir. Türkiyə Futbol Federasiyası komandanın baş məşqçisi Fatih Terimi də 10 oyunluq cəzalandırıb.