​"Qalatasaray" Arda Turanı transfer edir? – KLUBDAN AÇIQLAMA

Baxış sayı:
1820

"Qalatasaray" klubundan "Başakşəhər"in futbolçusu Arda Turanla bağlı açıqlama verilib.

Klubun vitse-prezidenti Abdurrahim Albayrak müqavilə ilə "Barselona"ya məxsus türk yarımmüdafiəçini transfer edib-etməyəcəkləri ilə bağlı sualı cavablandırıb:
"Hazırda "Başakşəhər"in futbolçusudur. Transferlər Fatih Terimin istəyi ilə gerçəkləşə bilər. Hazırda yaxşı gənc futbolçuları izləyirik".