"Qalatasaray" 7 futbolçusu ilə yollarını AYIRIR

Baxış sayı:
5593

"Qalatasaray" qışda heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul klubu  zədə, cəza və maliyyə problemlərindən sonra 7 futbolçusu ilə yolları ayırmağı düşünür. Bunlar Maykon, Mariano, Muslera, Belhanda, Fequli, Eren Derdiyok və Qarri Rodqiresdir.
Qeyd edək ki, "Qalatasaray" ölkə çempinatında lider "Başakşehir"dən 6 xal geridə qalaraq 29 xalla 2-5-ci pilələri bölüşdürür.