Qafqazlı deputat qız qaçırdı

Baxış sayı:
7288

İnquşetiya parlamentinin deputatı qız qaçırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, insident Malqobek rayonu ərazisində baş verib. Onun qadını evlənmək məqsədiylə qaçırdığı vurğulanıb.
Agentlik qadın qaçıran deputatın Vahid Rusiya Partiyasının üzvü olduğunu, qaçırılan qadının isə Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çalışdığını bildirib. Bununla belə şəxslərdən heç birinin adı agentlik tərəfindən yayımlanmayıb.
Artıq insidentə səbəb olan deputatın cəzalandırıldığı da vurğulanıb. Ona atdığı addıma görə 200 min rubl miqdarında cəza kəsilib.